Kürd terrorçu dəstələri Suriya ordusuna birlşdirilə bilər - «Əl-Akbar» qəzeti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin başlatdığı əməliyyatdan («Barış bulağı») sonra, Dəməşq «Suriya Demokratik Qüvvələri» (SDQ) adlanan terrorçu qruplarından olan kürd dəstələrinin Suriya ordusunun tərkibinə qatılması barədə düşünməyə başlayıb.

«Əl-Akbar» qəzetinin məlumatna görə, Suriya hakimiyyəti həm də «Milli özünümüdafiə qüvvələri» adlandırılan könüllü dəstələri və polis drujinasından olan üsyançı dəstələri buraxmağı istisna etmir.

Türkiyə ilə mübarizədə aldığı köməyin əvəzində kürdlər öz ordu hissələrini sərhəddən çəkir. Həmin ərazilərin bəzilərini Dəməşqin nəzarəti altına qaytarmağı vəd edirlər. Bununla bərabər, onlar hələlik Suriyanın şimal-şərqindəki neft quyularına iddia etdikləri hüquqdan imtina etmirlər. Bu quyular kürdlərin muxtar şəkildə mövcudluğunu təmin edir.

Eyni zamanda, Dəməşq «kürd muxtar administrasiyasının qulluqçularna» təklif edib ki, «onların nəzarəti altında olan rayonların dövlət idarələrinin fəaliyyətini bərpa etsinlər».

Göründüyü kimi, Bəşər Əsəd kürdlərlə ikili oyun oynayır. Belə ki, bir halda rəsmi Dəməşq yaranmış vəziyyətdən bəhrələnib də bölgədəki silahlı kürdlərdən (ABŞ silahından!) Türkiyəyə qarşı istifadə etməyi düşünür. Digər halda isə kürd silahlı dəstələrini şirnikdirib, Əsədin nəzarəti altına almaqla, onların müstəqil fəaliyyətinə son qoymağı plalaşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar