Fransanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

Fransanın Türkiyədəki səfiri Şarl Fris bu gün Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Türkiyə bürosundan verilən xəbərə görə, fransız səfirin Türkiyə XİN-ə çağırılmasının səbəbi Fransa parlamentinin “Barış bulağı” əməliyyatı ilə bağlı qəbul etdiyi qərarla əlaqədar olub.

Türkiyə XİN bu gün yaydığı bəyanatda sözügüdən qərarı qətiyyətlə rədd edib və bu bəyanatla əlaqədar Fransanın Türkiyədəki səfirliyi də məlumatlandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar