Prezidentdən Bakı-Sumqayıt yolundakı tıxacla bağlı tapşırıq - VİDEO

"Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, qatar da işləyir. Vətəndaşların bir hissəsi qatardan istifadə etsə də, yenə tıxaclar olur"

"Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olarkən deyib.

Dövlət başçısı tıxacların aradan qaldırlması üçün Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədova tapşırıq verib. Prezident bildirib ki, yolun genişləndirilməsi üçün layihə hazırlansın.

635x100

Şərhlər

t.ədalət 2019-10-31 23:00:38

Binəqədi qəsəbəsinin mərkəzindən birbaşa Masazılra yol açmaq olar.Sumqayıta gedən avtomobillərin xeyli hissəsini Azadlıq prospekti-Binəqədi qəsəbəsi(Mərkəz)-Masazır qəsəbəsi xətti ilə Novxanı istiqamətinə yönəltmək olar.Bu yolla Masazır-"Gənclik" m/stansiyası marşurutunu yaratmaq mümkündür.Masazıra gedən sərnişinlərin müəyyən hissəsini bu yolla daşıdıqda, Bakı-Sumqayıt yolunun yükünü azaltmaq mümkündür.

Qoca Molla 2019-10-31 23:00:38

Tıxacın yaranma səbəblərindən biri də 20yanbar körpüsünün Qələbə Meydanına qolunun olmamasıdır. 9-cu mikrarayyondan Biləcərinin ici ilə Bakı Sumqayıta qoşulan əlavə yol çəkilsə bu da yaxşı olar. Qatarlara gəldikdə isə intervalı azaltmaq, vaqon saylarını artırmaq lazımdır

Son yazılar