“Əməliyyatda ifşa olunan kəşfiyyatçı öldürülüb” - Davudoğlu

Türkiyənin baş naziri girovların qurtarılması əməliyyatından danışdı

Türkiyənin baş naziri Əhməd Davudoğlu yerli NTV telekanalının canlı efirində gündəmə dair suallara cavab verir. ANs-in verdiyi məlumata görə, Davudoğlu bu istiqamətdə MİT-ə (Milli İstihbarat (Xəbəralma) Təşkilatı) təlimat verdiyini terorçularla fidyə xaricində hər cür sövdələşməyə gedildiyini bildirib. Ölkə prezidenti ilə bu iş üçün çox səy göstərdiklərini deyən Davudoğlu əməliyyatın görünməyən qəhrəmanları olduğunu qeyd edib. Baş nazir həmçinin ifşa olunanların güllələndiyini, onları rəhmətlə yad etdiyini deyib.

“Prezidentimizin və mənim nə qədər əmək sərf etdiyimiz bilinir. Amma bəzi insanlar var ki, onları heç kim tanımır. Həmin girovları gətirənləri mən tanıyıram. Əməliyyatdan 4 ün əvvəl onlarla görüşmüşəm. Bir vətəndaşmız onları yolda görsə tanımaz. Tanınmayançox insanın zəhməti var. İfşa olunanların öldürüldüyü xəbəri gəlir. Onları da rəhmətlə yad edirəm”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar