“Hər kəs ayağını bir addım geri çəkməlidir...” – İqtidar və müxalifətə çağırış

“Unutmayaq ki, xırda bir təxribat böyüyüb elə fəlakət yarada bilər ki, Azərbaycan adlı məmləkəti yalnız xəyallarımızda yaşada bilərik”.

“AzPolitika.info”nun məlumatına görə, belə bir xəbərdarlıqla sabiq deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlu çıxış edib.

O, Azərbaycanda sabitliyi, ümumilikdə ölkənin taleyini təhlükə altına atmamaq üçün hamını təmkinə səsləyib: “Bir-birimizi təqib etməkdən, bir-birimizi sancmaqdan əlimizi götürüb, hər hansı təxribata imkan verməməliyik. İddiaları kənara qoyub, iqtidarlı-müxalifətli, hər kəs bir addım ayaqlarını geri qoymalıdır. Bunu bizdən xalqın taleyi tələb edir”.

E.Sabiroğlu əlavə edib ki, oğlu Rüfət Səfərova qarşı hakimiyyətin sərt davranmasına baxmayaraq, özünü qisasçı ovqata kökləmir. “Özümü qisasçı ovqata kökləmir və nəyinsə acığına ölkədə idarəolunmayan vəziyyətin baş verməsini səbirsizliklə gözləmirəm. İctimai-siyasi proseslərin təhlükəli həddə dayandığını bir anlığa təsəvvürə gətirdikdə, bütövlükdə Vətənin düşündüyümüzdən də ağır faciələrlə üzləşəcəyini görürəm”.

“AzPolitika”

635x100

Şərhlər

vidadi goyce 2019-11-01 19:37:19

sabir ezizim hami seni kimi dushunce dashiyicisi olsa yashayib yaratmaga ne varki

Buqa 2019-11-01 19:37:19

Arzun heyata kecdi Ramiz Mehdiyev erasi bitdi. Onun yerine Cabarovun kecmish mavini kecdi. Yeni Ramiz Mehdiyev indi Mikayil Cabbarovdur. Gorek bu novbeti melek bizi hara aparir. Allah xeyirlisini ersin. RM bu milletin en adioz ve qaranliq rehberlerinden olub. Duz 50 ildir siyasetde aktuiv ishtirak edir.

Son yazılar