Bu gündən payız başlayır

 Xalq təqvimi ilə bu gündən payız başlayıb və gecə-gündüz bərabərliyi baş verib.

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 22-23-də payız fəsli başlayır.

Sentyabrın 22-dən payız mövsümünün başlaması ilə gecə-gündüz bərabərliyi baş verib. Yəni gecə ilə gündüz 12 saat olmaqla sutka yarıya bölünür. Artıq bu gündən başlayaraq gecələr uzanmağa, gündüz qısalamağa başlayır.

Qeyd edək ki, ildə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir. Yaz gecə-gündüz bərabərliyi martın 21-nə təsadüf edir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında payızın sentyabrın 23-ü Bakı vaxtı ilə 07:29 dəqiqədə ölkəmizə qədəm qoyacağını bildirmişdi. X.Mikayılovun sözlərinə görə, həmin an Günəş payız bərabərliyi nöqtəsində olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar