“CƏNAB PREZİDENTİN QƏRARINI GÖZLƏYİRƏM” - 82 yaşlı Ombudsman

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Report”un məlumatına görə, E.Süleymanova jurnalistlərə açıqlamasında işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözlədiyini deyib.

“Sosial şəbəkələrdə mənim adımın hallandırılması başqa bir məsələdir. Mən bu barədə danışmaq istəmirəm. Çünki görürəm ki, kimsə səmimi bir söz deyəndə ona don geyindirirlər. Yaşlı şəxslərdən biri bu məsələ ilə bağlı danışanda “rəsmi qərarı gözləyirəm” dedi. Mən bu yanaşmanı və fikri çox bəyəndim. Mən də qısa olaraq deyə bilərəm ki, cənab Prezidentin rəsmi qərarını gözləyirəm”, - E.Süleymanova vurğulayıb.

Qeyd edək ki, E.Süleymanovanın 82 yaşı var.

635x100

Şərhlər

Ismayil abi 2019-11-01 14:00:41

siz hələ cavansız hara tələsirsiz

Aliyusif Mammadov 2019-11-01 14:00:41

Elmira xanım! Nəyi gözləyirsiniz və niyə gözləyirsiniz? Prezident öz sözünü deyib. Xüsusi xahişə ehtiyac yoxdur. Həm də sizn o vəzifədə varlığınızla yoxluğunuzun fərqi YOXDUR.

Ombudsmana 2019-11-01 14:00:41

Qərar gözləmək yox,şəxsiyyətiə hörmət vacibdir.Yəni öz xo.unla getməyin vaxtı çoxdan (hətta 10-15 il əvvəl ) keçib.İnsan alət deyil,özünə hörmət etməyi bcarmırsa heç kimə lazım da deyil.

pensioner 2019-11-01 14:00:41

Əksinə prezident sizin qərarınızı-ərizənizi gözləyir.

Son yazılar