RAMİZ MEHDİYEVİN YERİNƏ TƏYİNAT OLDU - Yeni administrasiya rəhbəri kimdir?

Prezident İlham Əliyev Samir Nuriyevin Prezident Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram: Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilsin".

Prezidentin digər sərəncamı ilə Samir Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

Beləliklə, Prezident Administrasiyasının yeni rəhbəri məlumdur - bu, gənc və islahatçı komandanın nümayəndəsi Samir Nuriyevdir.

S.Nuriyevin bu vəzifəyə təyin olunması gözlənilən idimi? Fikrimizcə, o qədər də yox. Ümumi gözlənti bundan ibarət idi ki, 25 il bu vəzifəni tutmuş 82 yaşlı Ramiz Mehdiyevdən sonra PA rəhbəri postuna siyasi və idarəetmə təcrübəsi olan tanınmış simalardan biri təyin olunacaq. Hətta administrasiya uğrunda illərdir mübarizə aparan şəxslərin kimliyi də cəmiyyətə məlum idi. Lakin göründüyü kimi, bu gözləntilər, proqnozlar növbəti dəfə özünü doğrultmadı - Prezident PA rəhbəri postuna gənc və islahatçı komandanın nümayəndəsini təyin etdi.

Ümumilikdə qiymətləndirdikdə isə, S.Nuriyevin təyinatı son illərin siyasi trendinə uyğun olduğundan təəccüb doğurmur. 

Lakin çox böyük ehtimalla, bundan sonra PA rəhbəri son 25 ildə olduğu kimi əlahiddə siyasi post hesab olunmayacaq. Əslində Birinci vitse-prezident aparatının formalaşdırılmasından sonra PA rəhbəri postuna ciddi ehtiyac da qalmamışdı. İstisna deyil ki, yaxın dövrlərdə ölkədə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilərsə, PA rəhbəri postu ya ləğv olunacaq, ya da səlahiyyətləri azaldılacaq.     

Yeni administrasiya rəhbərinin tərcümeyi-halı

Samir Nuriyev 9 mart 1975-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Evlidir, iki uşaq atasıdır.

O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə etmişdir.

1996-2003-cü illərdə Samir Nuriyev müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışmışdır, o cümlədən: 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində.

2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilmişdir.

Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilmişdir.

635x100

Şərhlər

Amon 2019-11-01 19:37:00

SAMIR NURIYEV VE MIKAYIL CABBAROV BACANAQDI HER IKISI DE EQLI MULKIYYET AGENTLIYININ SEDRI KAMRAN IMANOVUN KUREKENLERIDI

Arif 2019-11-01 19:37:00

Dünyada ən gücli dövlətləri itaətkarların əliylə dağıdıblar, həmin itaətkarlar, dəmi yol xəttindəki vaqonlara oxşadılır, hər hansı səbəbdənsə həmin vaqonlardan biri xəttdən çıxırsa, onunlada xəttin hərəkəti dayanır, birdə belə insanlar heç zaman gözlənilməz(forsmojor) anlarda qərar verə bilmirlər.Arzu edək, yeni təyin olunmuş Samir Nuriyev düşündüklərimiz məmurlardan olmasın, hər halda özündən qabağkı idarəçilik sistemindən daha çevik və ədalətli olsun.

Azərbaycanlı 2019-11-01 19:37:00

Adam təyin edəndə onun ixtisası,təcrübəsi yox, itaətkar olması əsas amilə çevrilib..

Azer 2019-11-01 19:37:00

Nese gözüm su içmir bu islerden...Allah axirini yaxsi elesin...

Son yazılar