Oktay Gülalıyev reanimasiya şöbəsinə köçürülüb

Oktyabrın 29-da Bakının Nəsimi rayonunda avtomobillə vurularaq əməliyyat olunan hüquq müdafiəçisi Oktay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, “City Hospital”da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan, ailə üzvləri O. Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər. Bu səbəbdən də saat 14.35-də Oktay Gülalıyev “City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır.

Qeyd edək ki, oktyabrın 29-da hüquq müdafiəçisi Oktay Gülalıyevi Bakının Nəsimi rayonunda yolu keçərkən avtomobil vurub. O, oktyabrın 30-da “City Hospital”da əməliyyat olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar