Ermənilərin vahiməli gözləntisi

Bu ölkənin Avrasiya İqtisadi İttifaqına daxil olması illik 11 faiz inflyasiya ilə müşahidə oluna bilər

Ermənistanın Avrasiya iqtisadi ittifaqına daxil olması illik hesablamalarda ölkəyə 11 faizlik inflyasiyaya səbəb olacaq- deyə Ermənistan istehlakçılar assosiasiyasının müdiri Armen Poqosyan bildirib.

ANS PRESS-in məlumatlna görə, mətbuat konfransında çıxış edən Poqosyan eləcə də Ermənistanda keçən ilki rəsmi inflyasiya rəqəmlərini 5,9 faiz olduğunu bildirərək, bu il inflyasiya göstəricisinin 5 faizə enişinin mümkünlüyünü qeyd edib.

ABŞ və Avropanın antirusiya sanksiyalarına da toxunan Poqosyan qeyd edib ki, “Bu (sanksiyalar) ölkənin iqtisadiyyatına neqativ təsir edə bilər. Avropa mallarının qiymətinin qalxmasından heç cür qaça bilməyəcəyik”. O bu qiymət artımından insanlardan çox sənaye obyektlərinin daha doğrusu, Avrasiya ittifaqının alternativ mallar axtarmaqda əziyyət çəkəcəyini bildirib.

Qeyd edək ki, Minskdə ölkə liderlərinin danışığına əsasən, Ermənistanın Avrasiya iqtisadi ittifaqına daxil olması 10 oktyabrda imzalanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar