İŞİD müasir media mərkəzi yaratdı

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması vizual təbliğatını gücləndirmək üçün xüsusi mərkəz yaradıb. Mərkəz Suriyanın Rəkka şəhərində, terrorçuların "paytaxt"ında yerləşir.

Milli.az "Al Jazeera"-ya istinadən bildirir ki, mərkəzdə çalışan siyasi texnoloqlara ayda 1500 dollar maaş, xidməti avtomobil, ev verilib. "Burada ən müasir avadanlıqlarımız var. Çox yaxşı, rahat şərait yaradılıb", - texnoloqlardan biri deyib.

İraq və Suriyada ələ keçirdiyi ərazilərdən əldə edilən pullar, habelə qanunsuz neft satışından gələn gəlirlər hesabına İŞD indi milyardlarla dollarlıq "büdcə"yə malikdir.

Həmin büdcədən təbliğat və internet vasitəsilə yeni tərəfdaşların, üzvlərin cəlb olunmasına külli miqdarda pullar ayrılır.

Rəkkadakı media mərkəzinin əməkdaşı daha sonra söyləyib: "Onlar mənə yaxşı, Suriyadakı orta əməkhaqqından 5 dəfə artıq maaş, ev, avtomobil təklif etdilər. Daha sonra dedilər ki, videoaların çəkilməsi üçün ürəyim istəyən kameraları alacaqlar. Ən müasir avadanlıq da aldılar. İşimdən razıyam".

Ekspertlər hesab edirlər ki, İŞİD hazırda Suriyada 6, İraqda isə 4 neft yatağına tam nəzarət edir. Türkiyə, İraq və İrana qaçaq yolla neft satışından terrorçular hər ay on milyonlarla dollar qazanırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar