Bakıda toyda 2 nəfər bıçaqlanıb

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib."Report"un məlumatına görə, hadisə Binə qəsəbəsində yerləşən "Bənövşə" şadlıq sarayında keçirilən toy məcrsimində qeydə alınıb.

Mərasimdə yaran mübahisə zamanı 2 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

635x100

Şərhlər

dadaşyev 2019-11-01 23:07:12

Yüz faiz əminəm ki,dava oynamaq üstündə düşüb.Biz manıs və munisələrə pulu sel kimi axıdarıq ki,al bunu,məni qabağında meymun kimi oynat.Amma bir yazıçının kitabına beşcə manat qıymarıq ki,deyək al bunu,məni adam kimi düşündür.Hələ dodaqlarımızı büzərik ki,beş manata kitab olar?Kitaba nifrət eləyən toplum təbii ki,şadlıq yerlərində şuluqluq salmağa meylli olar.Yaxşı ki bizlərdə yas mərasimlərində araq-çaxır verilmir,yoxsa hər yas yerindən azı beş-on adamın meyiti çıxardı.

Son yazılar