BMT Baş katibi Türkiyədə - Suriyadakı vəziyyət müzakirə olunur

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Qutteriş Suriyanın şimalında Türkiyənin əməliyyatı və dinc əhali üçün onun mümkün nəticələri mövzusunu İstambulda müzakirə etmək qərarına gəlib.

Gümə günü Baş katib Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla onun iqamətgahında görüşüb.

Tərəflər bir saata yaxın təmasda olublar. Bu barədə prezident administrasiyasından xəbər verilib.

Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin pəsmi nümayəndçsi İbrahim Kalın iştirak ediblər.

Görüşün daha bir «açar» iştirakçısı da BMT-nin növbəti Baş məclisinin sədliyinə namizəd, Türkiyə parlamentinin xarici əlaqələr komitəsinin başçısı Volkan Bozkır olub.

Görüşün qapalı rejimdə keçməsinə baxmayaraq, onun gündəliyi məlum olub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar