ABŞ hərbçiləri Suriyanın şimalına qayıdıblar - Tramp fikrini dəyişib?

Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbçiləri Suriyanın şimalında görünüblər. Onlar bir müddət əvvəl Türkiyə silahlı qüvvələrinin hərbi əməliyyat keçirməsi səbəbilə ərazidən çıxarılmışdı («Anadolu»).

Bildirilir ki, 8 zirehli texnika və 30 nəfərə yaxın ABŞ hərbçisi Qamışlının cənub-qərbindəki ABŞ-n «Tel-Baydar» bazasına gəlib. Türkiyənin hərbi əməliyyatının başlanması ilə ABŞ bu bazanı və Suriyanın şimal-şərqindəki digər dayaq məntəqələrini təxliyyə etmişdi.

Bu ərəfədə, oktyabrın 31-də ABŞ silahlı qüvvələrinin əsgər və zabitləri boş yük maşınlarından ibarət «konvoyla» M4 avtomagistralı ilə Tel-Təmərə, oradan Ayn-İsa rayonuna yola düşmüşdü. ABŞ hərbçilərinin bu səfəri zamanı Suriya hökumət ordusu öz qüvvələrini M4 magistralından geri çəkmişdi.

Ayn-İsaya yol tutmuş ABŞ «konvoyu» Ayn-əl-Ərəbənin cənubundakı (kürdcə Kobani) Sirrin rayonunda (Hələb əyaləti) dayanıb.

Bundan əvvəl ABŞ hərbçilərinin Suriyanın şimalında ayrı-ayrı sahələrdə, Türkiyə sərhədi boyunca patrul ximəti bərpa olunub. Bu da «Sülh çeşməsi» əməliyyatından sonra ilk dəfə idi.

Məlum olduğu kimi, prezident Donald Tramp 1000 nəfərdən ibarət ABŞ hərbi koqtingentinin Suriyanın şimalından çıxarılması barədə əmr vermişdi.

İndi ABŞ hərbi kontingentinin ərazidə yeidən peyda olması, Trampın məlum əmri ilə uzlaşmır. Belə çıxır ki, ABŞ prezidenti sonradan fikrini dəyişib.

Məlum olduğu kimi, bir müddət əvvəl Suriyadakı vəziyyəti müzakirə etmək üçün ABŞ-n vitse-prezidenti Maykl Pensin başçılıq etdiyi ABŞ nümayəndə heyəti Türkiyəyə səfər etmişdi.

Səfərin gedişində Penslə görüşü zamanı Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ABŞ prezidentinin «Muğan küləyi kimi əsməsini» belə ifadə etmişdi: «Tramp hər 5 dəqiqədən bir fərqli «tvit» yazır. Onların hansına inanaq?»

Prosesləin sonrakı axarı göstərdi ki, gerçəkdən, Trampın heç bir vədinə inanmaq olmaz - o, hər 5 dəqiqədən bir, fikrini dəyişir…

Maraqlıdır, «Tramp niyə getmişdi, niyə qayıtdı?». Yaxın günlərdə sualın cavab tapacağı ehtimalı böyükdür - gözləyək…

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar