"1 MİLYONA İCRA BAŞÇISI" İŞİNDƏ YENİ FAKTLAR - Hakim işə hansı məmurları qoşub?

Keçmiş hakim Həsən Əliyevin cinayət işi niyə Gəncəyə «sürgün» edilib?

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevlə bağlı cinayət işi barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Həsən Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Həsən Əliyevə verilən ittihama görə, o, Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu təyinat üçün Ramazan Səlimovdan 1 milyon dollar istənilib. Pulun böyük hissəsi əvvəlcədən verilib. Yəni, Həsən Əliyev 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla, ondan iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. Lakin Həsən Əliyev vədini yerinə yetirməyib. Ramazan Səlimov aldanıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına üz tutub.

Qeyd edək ki, bu cinayət işi üzrə başqa təqsirləndirilən şəxslər də var. Bunlar Elman Məmmədov və Taleh Süleymanovdur. Həsən Əliyevdən fərqli olaraq onlar barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu iş mahiyyət etibarilə “Gülər Əhmədova qalmaqalı”na bənzədiyir. Gülər Əhmədova qalmaqalında olduğu kimi bu cinayət işində də yüksək rütbəli məmurların adı keçir. Ramazan Səlimovun ifadələrindən aydın olur ki, Həsən Əliyev onu bir çox məmurlarla görüşdürüb. Bu sıraya komitə sədri Qərib Məmmədov, “Azərsu” və “Azəriqaz”ın rəhbərliyinə daxil olan şəxslər və başqa səlahiyyətli şəxslər də daxildir. Redaksiyamıza daxil olan məlumatlarda həmin məmurların adları da var. Lakin hələlik bəzi dəqiqləşdirmələr apardığımızdan açıqlamırıq. Bildirilir ki, hakimiyyət məhz bu səbəbdən cinayət işinin səs-küysüz qapanmasına çalışır.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalı idi. Lakin qəribə də olsa hakimlər öz-özlərinə etiraz edərək bu işə çıxmaqdan imtina etdilər. Həsən Əliyevin keçmiş iş yoldaşları olduğunu əsas gətirərək. Lakin Azərbaycan reallığına bələd olanlara məlumdur ki, məhkəmələr sifariş nəticəsində hətta ən yaxın adamlarına belə cəza kəsə bilərlər. Bundan sonra işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacağı aydın oldu. Iddialara görə, bütün bunlar sadəcə kifayət qədər ciddi və rezonansa səbəb ola biləcək bu məsələni gözdən uzaq yerdə həll edilməsi üçün atılan addımdır. Yeri gəlmişkən, bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədovun icraatına verilib. Mübariz Məmmədovun isə Həsən Əliyevlə dost olduğu bildirilir.

Başqa bir maraqlı məqam isə iş materiallarından bəzi ifadələrin yoxa çıxmasıdır. Bu faktı vəkil Iradə Cavadova “Azadlıq”a bildirib. Görünür, bu ifadələrdə iri məmurların adı hallanırmış. Bu baxımdan da ifadələri “yox”a çıxarmaq zərurəti yaranıb.

0 3

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar