Suriya Milli Ordusunun itkiləri açıqlanıb

“Barış pınarı” antiterror əməliyyatı nəticəsində Suriya Miili Ordusunun 137 döyüşçüsü şəhid olub.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, oktyabrın 9-dan indiyədək Suriya Milli Ordusunun 137 döyüşüçsü şəhid olub, 508-i yaralanıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane olmaq, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır. Oktyabrın 18-də Türkiyə ilə ABŞ arasında əldə edilən razılşamaya əsasən antiterror əməliyyatı dayandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar