Rusiya OPEC+ sazişinin şərtlərinə tam əməl etməyib

Rusiya bu ilin oktyabr ayında gündəlik neft hasilatının həcmini sentyabr ayına nisbətən 0,3%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 1,7% azaldaraq 11,229 milyon barelə endirib.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, bununla da qonşu ölkə Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ilə imzaladığı sazişin (OPEC+) şərtlərinə 85% əməl edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də imzalanmış və gündəlik neft hasilatının həcminin 1,2 milyon barel azaldılmasını nəzərdə tutan OPEC+ sazişinin müddəti bu il iyulun 1-də bitsə də, gələn il aprelin 1-nə qədər uzadılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar