“Qırmızı bülletenlə axtarılacaq”- Ərdoğan Gülənin İnterpola veriləcəyini dedi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorkdadır. Ərdoğan Nyu-Yorkda olarkən jurnalistlərin suallarını cavablandırıb. Ərdoğana yenə də Fətullah Gülənlə bağlı sual verilib. Ərdoğan jurnalistlərə açıqlamasında NATO-nun Uels sammitində ABŞ prezidenti ilə görüşdə Fətullah Gülənlə bağlı müzakirələr apardığını təsdiqləyib.Türkiyə prezidenti Obama ilə görüşü ilə bağlı danışarkən bunları deyib: “Mən ona vəziyyəti izah etdim. Lakin gözlədiyim kimi cavab almadım”.

Ərdoğan ekstradisiya mövzusunda həmişə Türkiyənin ABŞ-la əməkdaşlıq etdiyini və bunun qarşılığını da Obamadan gözlədiyini deyib.

“Əgər biz başqalarına model olaraq göstərilən strateji tərəfdaşıqsa ABŞ-ın istəyi ilə cinayətkarları, saxlanılan şəxsləri geri qaytarırıqsa və ABŞ-da bunu etməlidir. Mən onlara bunu izah etdim. Söhbət milli təhlükəsizliyimizi təhdid edən şəxsdən gedir. Fətullah Gülən günahkardırsa, o zaman bu adam deportasiya ediməlidir. Ya da ABŞ bu adamın günahsız olduğunu iddia edirsə, bizə versin. Mən bunu Obamaya bu şəkildə izah etdim”- deyə Ərdoğan Obama ilə görüşündə Fətullah Gülənlə bağlı söhbətinin təfərrüatını danışarkən deyib.

Ərdoğan yaxın günlərdə Fəthullah Gülənin İnterpol xətti ilə beynəlxalq axtarışa veriləcəyini, onun barəsində qırmızı bülletenlə axtarış elan ediləcəyini də bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar