Abşeron rayonunun bu qəsəbəsi işıqsız qalıb

Abşeron rayonunun Məmmədli qəsəbəsi işıqsız qalıb.

Bu barədə "AzPolitika"ya qəsəbə sakinləri məlumat verib.

Sakinlərin verdiyi məlumata görə, son günlər bu qəsəbədə işıqları tez -tez söndürürlər: "Artıq bir neçə həftədir işıqlar tez-tez sönür. Səbəb kimi xətlərin dəyişildiyi və qışa hazırlıq getdiyini göstərirlər. Bu gün günün ikinci yarısından işıqlar sönüb. Bu soyuq havada çətin vəziyyətə düşmüşük. Xahiş edirik məsələni işıqlandırın və səsimizi lazımi orqanlara çatdırın", - deyə qəsəbə sakinləri şikayətdə bildiriblər.

635x100

Şərhlər

SULTANOV XƏQANİ QADİR 2019-11-02 19:29:32

yeniler köhnelerin atasına rehmet oxudur

SULTANOV XƏQANİ QADİR 2019-11-02 19:29:32

3 gündür tağıyev qəsəbəsində işıq üzünə həsrətik gündə 500 dəfə yanır sönür insanlara ne qeder ziyan vurub derdimizi kime diyek vallah Priverdiyevin vaxtında belə zülüm görməmişdik

Son yazılar