Moskvada İŞİD-ə yardım etmiş 2 azərbaycanlı mühakimə olunub

2 azərbaycanlı Suriyadakı terrorçulara birbaşa Moskvadan istilik sensorları və digər silah vasitələri göndərib.

Strateq.az “Kommersant”-a istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 1-ci hissəsinin 205.1 maddəsi (terror fəaliyyətlərinə yardım göstərmə) ilə ittiham olunan Rasim Baxşıyev və Elşad Yaqubova qarşı proses Qərb Dairə Hərbi Məhkəməsində xüsusi icratla aparılıb.

FSB əməkdaşlarının 2018-ci ilin avqustunda saxladığı hər iki müttəhim təqsirlərini tam etiraf və istintaqa fəal şəkildə köməklik ediblər.

Məhkəmə araşdırmasında məlum olub ki, 50 yaşlarında olan Rasim Baxşıyev və Elşad Yaqubov paytaxtdakı Azərbaycan diasporu arasında kiçik paxlava istehsalı sexinin sahibləri kimi tanınıblar. Ancaq 2016-cı ilin əvvəlində Türkiyədə yaşayan tanışları bu ölkəyə ov silahları, nişangahlar, durbin və monokular göndərməyi təklif edib.

Yeri gəlmişkən, bu cihazların ixracından ötrü Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin lisenziyasına ehtiyac yoxdur.

Şirniyyatçılar 2017-ci ilə qədər xaricdəki tərəfdaşlarına böyük miqdarda qanuni olaraq Moskva mağazalarında aldıqları təxminən 30 milyon rubl dəyərində hərbi məhsul göndəriblər.

İttiham edilənlərin vəkili İrina Ostayeva iddia edib ki, paxlava istehsalçıları müxtəlif terror qrupları və qanunsuz silahlı dəstə üzvlərinin istifadə etdikləri termal sensor və monokulların Türkiyədən Suriyaya aparıldığını təsəvvürlərinə belə gətirməyiblər. “SSRİ-də anadan olan Rasim və Elşad siyasətə və dini mövzulara az maraq göstərib və əsla İŞİD tərəfdarı da olmayıblar”.

Bununla birlikdə, 2017-ci ilin fevral ayında Suriyadakı Rusiya qoşunları tərəfindən termo sensorlar ələ keçirilib. Onlardan ən sadəsini Moskvada 15-20 min rubla almaq olar. Bir kilometrdən çox məsafədə hədəfi nişan almağa vurmağa imkan verən daha mürəkkəb qurğuların qiyməti isə 1 milyon rubldur.

FSB-nin hərbi əks-nəzarət idarəsinin əməkdaşları cihazların mənşəyini öyrənərək, onların Suriyaya haradan göndərildiyini aşkar ediblər. Qurğulardakı nömrələrə görə azərbaycanlıların satışı həyata keçirdiyi dükanlar müəyyən olunub və pərakəndə satış yerlərində qalan telefon nömrələri ilə Baxşıyev və Yaqubovun izinə çıxıblar.

İstintaqa cəlb olunan şəxslərə 5 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilərdi, lakin məhkəmə təqsirləndirilən şəxslərin istintaqa yardımını nəzərə alaraq, onlara 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Üstəlik, hər ikisi cəzalarını ümumi rejimli koloniyalarda yerinə yetirməlidirlər, bu da şərti azadlığa buraxılma şansı verən sərt rejim deyil.

Məhkumların Türkiyədəki ortağı isə hələ də beynəlxalq axtarışdadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar