"Sülh çeşməsi" növbəti dəfə Çörçillin planlarını dağıtdı

Türkiyə “Sülh çeşməsi” əməliyyatı ilə Sevrdə 100 il əvvəl ortaya atılmış Türkiyəni parçalamaq layihəsini növbəti dəfə yırtıb atıb və çuxura basdırıb. Axar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

İmperialistlərin planlarının 3-5 illik olmadığına diqqət çəkən Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiprə çox əhəmiyyət verdiyini və bununla bağlı hər şeyi yaxından izlədiyini bildirib.

Şentop İngiltərənin sabiq baş naziri Uinston Çörçillin Türkiyənin cənub-şərqi ilə bağlı qurduğu plandan da danışıb:

“Bu planda Türkiyənin cənub-şərqində bugünkü Suriyanın və İraqın şərqində - Sevr razılaşmada - kürd dövlətinin qurulması var. Türkiyə “Sülh çeşməsi” ilə Sevrdə ortaya atılmış Türkiyəni bölmək layihəsini növbəti dəfə cırıb atdı”.

635x100

Şərhlər

AAgahuseyn 2019-11-03 13:55:19

ALLAH ƏRDOQANI hifz etsin.İnğilislər...

Junior diplomat 2019-11-03 13:55:19

Hörmətli Azpolitika.info , Metin Feyzioğlu TBMM-nin sədri deyil, Vəkillər Kollegiyasının sədridir. TBMM sədri isə Mustafa Şentopdur.

Son yazılar