“Türkiyə atom bombası hazırlayır” – Keçmiş müdafiə naziri

“Almaniyanın Türkiyə dövlət rəsmilərinin telefon danışığını izləməsinin əsl səbəbi budur”

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Almaniyanın keçmiş müdafiə naziri Hans Rühle Türkiyənin atom bombası hazırladığını iddia edib. Hans Rühle bildirib ki, Almaniya Milli Təhlükəsizlik Servisinin (MTS) kriptollu telefon danışıqlarını izləməsinin başqa səbəbləri də ola bilər: “Bura Türkiyədə təlim keçən cihadçılar, İstanbula sığınan narkotik qaçaqmalçıları daxildir. Təbii ki, bunların arasında Ərdoğanın 2023-ə kimi atom bombasını hazırlatmaq tapşırığı ola bilər”.

Ruhle həmçinin bildirib ki, Türkiyə atom silahlarını qadağan edən müqavilələrdə “yanacaq çubuqlarının” təhvili olan maddəni razılaşmaya daxil etməməsidir. Eks alman nazirin sözlərinə görə, bu işdə Türkiyəyə yardım edən ölkə də var: “Pakistan bu yöndə Türkiyənin yanındadır və bir sıra hazırlıq avadanlıqları da artıq rəsmi Ankaraya təhvil verilib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar