Tramp Zelenskinin Ağ Evə gəlməsini istəyir

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskini məmnuniyyətlə qəbul edərdi."Report" TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə Nyu-Yorka uçuşdan əvvəl bildirib.

Məlumata görə, Tramp Zelenskinin tezliklə Birləşmiş Ştatlara səfərinə ümidini ifadə edib.

"Mən istərdim ki, o Ağ Evə gəlsin", - deyə Ağ Evin başçısı bildirib.

"Reuters" agentliyi prezidentlərin görüşünün mümkün vaxtını açıqlamayıb.

Ukrayna və ABŞ prezidentlərinin əvvəlki görüşü sentyabrın 25-də olub. Dövlət başçıları BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşüblər. Görüş 45 dəqiqə davam edib. Zelenski bildirib ki, Tramp Krımın Ukraynaya qayıtarılmasına kömək edəcəyini vəd edib. Tramp isə görüşü "fantasik" adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar