İstehlak krediti almaq istəyənlər üçün şərtlər dəyişdirilir

İstehlak kreditinin riskinin maksimum miqdarına dair yeni məhdudiyyət müəyyənləşib.

Maliyyə Bazarlarına Nəzarət Palatası real sektora daha çox kredit cəlb edilməsini stimullaşdırmaq üçün yeni qaydaları təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"da dəyişiklik edib.

Qərara əsasən, müddəti 7 ildən artıq olan istehlak kreditləri üzrə kredit riskinin maksimum miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 0,1 faizindən artıq olmamalıdır.

Dəyişiklik noyabrın 30-dan qüvvəyə minir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar