Canavar sürüsü Qubanın Xınalıq kəndinə hücum edib

Qubada yağan güclü qardan sonra canavar sürüsü Qubanın Xınalıq kəndinə girib.“Report”un Şimal bürosunun verdiyi məlumata görə, kənd sakinləri bildirib ki, 7 canavardan ibarət sürü bu gecə kəndə girib.

Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib.

Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib.

Sakinlərin sözlərinə görə, canavarların vurulması qadağan olduğundan yırtıcıları tüfənglə vurmağa çəkinirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar