Arif Hacılı özünə 6 müavin təyin edib - SİYAHI

Bu gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. İclasın təşkilati məsələlər bölümündə gizli səsvermə yolu ilə Məclisin sədri və katibi müəyyənləşib.

BakuPost-un məlumatına görə, MNTK-da boş qalan yerlərə və Divana da seçkilər keçirilib.

İclasda Müsavat başqanı Arif Hacılı partiyanın aparat rəhbəri və müavin vəzifələrinə təyin etdiyi şəxslərin adlarını açıqlayıb, Məclis üzvləri açıq səsvermə ilə bu təyinatları təsdiqləyib:

Gülağa Aslanlı – Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri;

Razim Əmiraslanlı – Müsavat başqanının təşkilat məsələləri üzrə müavini;

Fərəc Kərimli – Müsavat başqanının təbliğat məslələri üzrə müavini;

Nemət Kərimli – Müsavat başqanının hüquq siyasəti və ictimai əlaqələr üzrə müavini”

Osman Kazımov – Müsavat başqanının hüquq və insan haqları üzrə müavini;

Səxavət Soltanlı – Müsavat başqanının xarici siyasət məsələləri üzrə müavini.

635x100

Şərhlər

dadaşyev 2019-11-03 21:42:45

Böyük sevinc hissiylə bildirirəm ki,respublikamızda adamlar 3 qrupa bölünür.Birinci qrupdakılar HƏR VAXT YEYƏNLƏRdi,yağlı vəzifədədirlər deyə qabaqlarına nə keçsə ikiəlli yapışıb gəmirirlər ki,əsasən kəlboyun və xaşalqarın olurlar,90 yaşda da maşallah dumbul kimidirlər.İkincilər ACANDA yeyənlərdi,yəni zavtrak-ujin-obed,müxalifətdədirlər deyə günün çox hissəsini bekarçılıqdan çənələrini əlləri üstə qoyub yatdıqları üçün başları yumrulaşıb bədrlənmiş Ay kimi.Üçüncülər isə TAPANDA yeyən bədbəxt qara camaatdı.

Elşad 2019-11-03 21:42:45

Bilməyənlər deyir ay aman gör bu nə boyda partiyadı ki, başçınin 6 müavini var. İndi onları gəl inandır ki, elə 7 nəfər, üstəgəl 3 nəfər da qullığa baxan, cəmisi 10 nəfərdilər.

dadaşyev 2019-11-03 21:42:45

Türk qardaşlarımız bizi xilas etməyə gələndə qoşunun bir hissəsi cənubdan gəlib,bir hissəsi ermənistan tərəfdən.Ermənistandan tufan kimi keçərkən erməni nazirlərini həbs ediblər.Türk paşası bir-bir onlardan soruşub nəyin nazirisən.Biri deyib xarici işlər,biri deyib daxili işlər,biri deyib ticarət,biri su naziri-filan.Qırxdan çox nazir olub.Axırda birindən də soruşanda ki,sən nə naziri olmusan,deyib hərbi-dəniz naziri.Paşa dəli olub ki,ulan itoğlu,oturan yerim boyda memleketin var,harbi-denize ne hacet?

Son yazılar