Oqtay Gülalıyevə yardım məqsədilə Beynəlxalq Bankda hesab açılıb

Noyabrın 1-də Azərbaycan Beynəlxalq Bankının Nərimanov şöbəsində Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyevanın adına hesab açılıb.

Oktyabrın 29-da avtomobil vurması nəticəsində ciddi xəsarət alan hüquq müdafiəçisini dəstəkləmək istəyənlər manat, avro və dollar ilə vəsaiti həmin hesaba köçürə bilər.

Tanınmış hüquq müdafiəçisini oktyabrn 29-da maşın vurub və ağır vəziyyətdə xəstəxanaya aparılıb. Ona beyin zədələnməsi diaqnozu qoyulub.

Həkimlərin rəyinə görə, O.Gülalıyevin komadan 21 gündən tez çıxacağı gözlənilmir. Həkimlər bunu onun əməliyyata gec alınması ilə izah ediblər.

Onların sözlərinə görə, həyatı üçün təhlükə qalır. Əməliyyatın 3-cü və 7-ci günləri xəstə üçün kritik günlərdir. Həkimlərin əsas vəzifəsi beyinə yenidən qan sıza bilməsinin qarşısını almaqdır./Turan/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar