Ankarada Astranomiya Mərkəzi yanaraq külə dönüb
Baxiş sayı:
Dərc olunub:
04/11/2019 - 00:09
Ankaranın Mamak rayonunda Əli Quşçu Astranomiya mərkəsində yanğın olub.
Yanğın öncə elmi mərkəzin qülləsində baş verib, sonra bütünlükdə binaya yayılıb.
Astranomiya mərkəzi bazar günü qapalı olması səbəbindən hadisədə ölən və ağır yaralanan olmayıb. Lakin 8 nəfərin tüstüdən zəhərləndiyi bildirilir.
Yanğın zamanı baş verən partlayışlardan yaxınlıqdakı binalar zərər görüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, faktla bağlı araşdırma başlanıb.
Qeyd edək ki, 2017-ci ildə Mamak Bələdiyyəsinin layihəsi olaraq istifadəyə verilən mərkəz tək elm adamlarının tədqiqat yeri deyil, səma cismləri ilə maraqlanan hər kəsin ziyarət yeri idi. /APA
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.