“Ebola” virusuna yoluxanların sayı 20 mini keçəcək - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı SOS təbili çalır: “Qərbi Afrikada tədbirlər görülməyəcəyi təqdirdə 2 oktyabr tarixində “Ebola” virusuna yoluxanların sayı 20 mini keçəcək”. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat 2 oktyabra qədər Qanada 5 min 700, Liberyada 9 min 900 və Syerra-Leonedə 5 min olmaqla “Ebola” virusuna yoluxanların sayının 20 min 600-ə çatacağını proqnozlaşdırır.

Bundan əvvəl Liberya, Qana və Syerra-Leonedə ümumilikdə 5 min 843 “Ebola” virusu daşıyıcısı aşkar olunduğu açıqlanmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar