Rusiyanın Ermənistandakı aviabazasında yanğın olub

Rusiyanın Ermənistanda yerləşən “Erebuni” aviabazasında yanğın olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın aviabazanın anqarında qeydə alınıb. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən cəlb edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

635x100

Şərhlər

vidadi goyce 2019-11-04 17:25:07

yeniden yanmalidir

Son yazılar