“Nar” gənclərin şəxsi inkişafına töhfə verməyə davam edir

Ölkənin ən gənc mobil operatoru “Nar”, gənclərin şəxsi və peşəkar inkişafına təkan verən təşəbbüsləri dəstəkləməyə davam edir. Belə ki, mobil operator dünyanın ən böyük tələbə təşkilatı AIESEC-in təşkilatçılığı ilə ötən gün baş tutan "Networking. Global Volunteer və Peşəkar Mühit" tədbirinin baş sponsoru qismində çıxış edib. “Qlobal Könüllü” proqramının məzunlarını və ölkənin iri korporativ şirkətlərinin professionallarını bir araya gətirən tədbir gənclərə faydalı ünsiyyət qurmaq şansı yaradıb.

Qlobal mübadilə proqramı əsasında xaricdə təcrübə keçmək istəyən tələbələr elə həmin proqramın məzunları ilə görüşüb onların real təcrübələrini dinləyə biliblər. Bundan başqa, tədbirdə iş müsahibələrinin uğurlu keçməsi və düzgün peşə seçimi ilə bağlı mühüm məlumatlar paylaşılıb.

300-dən çox gəncin qatıldığı tədbirdə “Nar” hazırda mövcud olan iş imkanları və təcrübə proqramları ilə bağlı geniş məlumat təqdim edib.

Mobil operatorun həyata keçirdiyi layihələrlə bağlı daha ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar