Bakıda iki marşrutun hərəkət istiqamətləri dəyişdiriləcək

Bakıda iki marşrut avtobusun hərəkət istiqamətləri dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

3 nömrəli marşrut: Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

31 nömrəli marşrut: “İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.

Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar