İraqda polis etirazçılara atəş açıb - Ölənlər var

İraqın paytaxtı Bağdad şəhərində polis etirazçılara odlu silahdan atəş açıb.

APA-nın xəbərinə görə, bu barədə “SkyNews Arabia” telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə görə, təhlükəsizlik qüvvələri Bağdadın mərkəzi bölgəsində yerləşən Ər-Rəşid küçəsində nümayişçilərə atəş açıb, nəticədə ən azı 5 nəfər ölüb.

Hazırda nümayişçilər son günlərdə hökumət əleyhinə aksiyaların keçirildiyi paytaxtın mərkəzi meydanı olan Təhrir meydanına daxil olmağa çalışır. Əl-Əhrar körpüsündən keçən kütlənin şəhər meydanına doğru irəlilədiyi bildirilir. Polis dəyənəklərdən istifadə edərək kütləni şəhərin mərkəzinə buraxmamağa çalışır. Təhlükəsizlik qüvvələri ilə toqquşmalarda təxminən 10 nəfər yaralanıb.

Qeyd edək ki, oktyabrın əvvəllərindən ölkədə yaşayış şəraitinin pisləşməsi, artan işsizlik və korrupsiyaya qarşı etirazlar başlayıb. Bağdadda, eləcə də cənub və şimal əyalətlərində insanlar hökumətin istefasını tələb edir. Parlamentin İnsan Haqları Komitəsinin hesabatına görə ölkədəki iğtişaşlar nəticəsində oktyabr ayı ərzində 250-dən çox insan ölüb, 11 min insan yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar