"Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır" - Tarix İnstitutunun direktoru

İşğal altında olan Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Küveytin vəqflər və islam işləri nazirliyinin nəzdində fəaliyyət göstərən “İslam Araşdırmaları və Quran elmləri” departamentinin direktoru, doktor Fəhd Əl-Canfavi ilə görüşündə deyib.

Y.Mahmudov deyib ki, müasir Ermənistan Respublikasının ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər: “Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır”.

Y.Mahmudov Azərbaycan ilə Küveytin dost və qardaş ölkələr olduğunu bildirib.

O deyib ki, Azərbaycanın xarici siyasətində islam ölkələri mühüm yer tutur: “Sovet dövründə Azərbaycan islam ölkəsi olduğu üçün çox ağır günlər yaşayıb. Sovet imperiyası Azərbaycanda islam dini ilə bağlı olan hər şeyi məhv etməyə çalışıb. O zaman məscidlər bağlanıb, görkəmli islam alimləri və din xadimləri məhv edilib, Qurani-Kərim tonqallarda yandırılıb. Bu qanlı tədbirlərə baxmayaraq xalqımız islamı qoruyub saxlaya bilib”.

Görüşdə erməni vandalizmini özündə əks etdirən video-çarx nümayiş etdirilib.

635x100

Şərhlər

t.ədalət 2019-11-04 21:32:03

Yəqin ki ermənilər İrandan gələn fars qonaqlarını da donuzxanalarda qarşılayırlar.İran özünü müsəlman ölkəsi adlandırmaqla,görəsən,kimi aldadır?Axı,müsəlmanlıq məscidlərdəki erməni vəhşiliyi ilə bir araya sığmır..

Oqtay 2019-11-04 21:32:03

Siz isə Bakının mərkəzində xaçiklərin kilsəsini bərk qoruyun ki erməni gələndə göstərib yaltaqlanasınız.Başqa iş əlinizdən gəlmir

taliş 2019-11-04 21:32:03

Mahmud müəllim hec nigaran qalma biz də Bakinin mərkəzində erməni kilsəsini təmir edib göz bəbəyimiz təki qoruyuruq. Üstəlik ermənistandaki kilsələrə qaz da veririk.

Son yazılar