Sumqayıtda süpürgəçi qadını avtomobil vurub

Dərc olunub: 04/11/2019 - 22:10

daf8c473-2ef2-4ccf-81cb-b4d5aa486608Sumqayıtda süpürgəçi qadını avtomobil vurub.”Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 26-cı məhəllə ərazisində baş verib.
Şəhər sakini, Sumqayıt Təmizlik Departamentinin dalandarı, 1960-cı il təvəllüdlü Hüseyxanova Lətifə Hüseyxan qızı iş başında olarkən onu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin