“Paşinyan hər vəchlə vaxtı uzatmağa çalışır” – Politoloq

Dərc olunub: 04/11/2019 - 23:15

trend_oleg_kuznetsov_190419“Azərbaycanın işğal olunmuş ərazilərində referendumla bağlı danışıqlar Nikol Paşinyan tərəfindən Qoşulmama Hərəkatı ölkələrinin Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımasından sonra və sırf daxili tələbat üçün ortaya atılıb”.

Bunu Trend-ə rusiyalı tarixçi, politoloq Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, N.Paşinyan dəqiq cavabdan yayınmaq üçün hər vəchlə yeni bəhanələr axtararaq vaxtı uzatmağa çalışır:

“Onun üçün referendumun forması və formatı əhəmiyyətli deyil, ona yalnız referendum baş tutana qədər hakimiyyətdə qalmaq lazımdır. İndi Ermənistanda hakimiyyətdə olan qrupun xaotik və mənasız hərəkətlərində sağlam düşüncə axtarmaq lazım deyil. Bu qrup yalnız hakimiyyətdə qalmaq müddətini uzatmaq narahat edir, bunsuz onların həyatı mənasını itirir. Məqsədləri piramidanın zirvəsində qalmaqdır, xalqın onlara qarşı çıxmaması üçün isə Ermənistanın daxili siyasətinə heç bir aidiyyatı olmayan referendumun keçirilməsi kimi yüksək şüarlar səsləndirmək lazımdır”.

Politoloq bildirib ki, N.Paşinyan hakimiyyətə gəldiyindən bəri danışıqlar prosesində nəinki hər hansı perspektiv meydana çıxıb, əksinə, proses 1990-cı illərin ortalarındakı vəziyyətə geri qayıdıb:

“Çoxdan etiraf etmək lazımdır ki, danışıqlar dalana dirənib və bunu yalnız Ermənistana təzyiq nəticəsində yerindən tərpətmək olar. Amma mən hadisələrin dinc yolla inkişafını istisna etmirəm. Məsələn, Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ərəfəsində Rusiya və digər MDB ölkələri Ermənistanı nasizmdən arınmağa vadar edə və bununla da Azərbaycan torpaqlarının işğalın ideoloji təməlini sarsıda bilər”.

N.Paşinyanın “Ermənistan tərəfi bu gün itkilərlə üzləşir” fikrini şərh edən politoloq qeyd edib ki, Qarabağ münaqişəsində itkilər təkcə hərbçilərin ölümündə deyil, həm də iqtisadi və dünya arenasında itkilərlə ifadə olunur:

“Ona görə də mən tam başa düşə bilmirəm ki, Paşinyan bu vəziyyətdə nəyi nəzərdə tuturdu: insan itkiləri, maliyyə-iqtisadi, yoxsa imic itkiləri. Düzü, indi bu o qədər də əhəmiyyət daşımır. Paşinyan hər zaman daxili auditoriyaya yönəlir, qalan dünya ilə onun və Ermənistanın adından müdafiə naziri Tonoyan və xarici işlər naziri Mnatsakanyan əlaqə saxlayır. O, şəxsən hansısa beynəlxalq forumda peyda olanda, dərhal təcrid vəziyyətinə düşür. Bunu MDB ölkələrinin Aşqabad sammiti aydın göstərdi. Bu gün Paşinyan üçün daxili cəbhə xaricdən vacibdir: o, “Qarabağ klanı”nı tam sındıra bilmədi, iqtisadi vəziyyəti sabitləşdirə, xarici investisiyaları cəlb edə, həmvətənlərinin həyat səviyyəsini yüksəldə bilmədi, Rusiya ilə iqtisadi tərəfdaşlıq məsələlərində arası dəydi. Bu vəziyyət indi Damokl qılıncı kimi asılıb. Ona görə də o, özü də qorxmamaq üçün durmadan danışmalıdır…”








loading...


Fikrinizi bildirin