“Traktor”un oyunu 1-ci pillədə – Transfermarkt açıqladı

Dərc olunub: 04/11/2019 - 23:31

122738Almaniyanın “Transfermarkt” saytı ötən həftəsonu keçirilən və ən çox azarkeşin stadiondan izlədiyi oyunların siyahısını dərc edib.

Qol.az-ın məlumatına görə, siyahının ilk pilləsində İran çempionatının 9-cu turunun “Traktor” – İstiqlal” görüşü (2:4) yer alıb. Həmin qarşılaşmaya stadiondan 100 min azarkeş baxıb. “Borussiya” (Dortmund) – “Volfsburq” (Bundesliqa, 80 min 200) ikinci , “Real” – “Betis” (La Liqa, 70 min 375) oyunu üçüncü olub.

“Flamenqo” – “Korintians” (Braziliya çempionatı, 64 min 985) 4-cü , “Arsenal” – “Volverhempton” (Premyer Liqa, 60 min 383) matçı isə 5-ci sırada qərarlaşıb.

Qeyd edək ki, “Traktor” – İstiqlal” qarşılaşmasında təbrizli azarkeşlər “Səhənd” stadionunda Azərbaycanla bağlı şüarlar səsləndirib.








loading...


Fikrinizi bildirin