“ZATINI BİLMƏYƏNDƏN KİŞİ ÇIXMAZ...” - Sabiq deputat Araz Əlizadəyə

"Əsrlərin sınağından çıxmış Azərbaycan və Türkiyə qardaşlığı bu gün dünyada hamı üçün örnəkdir".

BakuPost.az xəbər verir ki, bunu sabiq deputat və İcra başçısı Vaqif Abdullayev deyib.

Onun sözlərinə görə, deputat Araz Əlizadənin Qafqaz İslam Ordusunun komandanı, bütün türk dünyasının qürur və fəxr ünvanı qəhrəman Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması barədə fikirlərinə ölkəmizdə və Türkiyədə yaşayan türklər tərəfindən sosial mediada da ciddi etiraz gəlməkdədir.

“Araz Əlizadədən bundan artığını gözləmək də olmazdı. Onun Azərbaycanın müstəqillik əldə etdiyi ilk günlərdən başlayaraq dövlətimizin milli maraqlarına, suverenliyinə qarşı xəyanətkar mövqeyi olan və erməni separatizminə haqq qazandıran Leyla Yunus, Arif Yunus, Arzu Abdullayeva kimi zatı və qanı xarab olanlarla birgə fəaliyyətini heç kim unutmayıb.

Bu gün Amerikadakı erməni lobbisinin süfrəsindən qidalanan yunuslara, əlikramlara olan sevgisini ürəyində yaşadan Araz Əlizadələrin türkə, türkçülüyə, milliliyə münasibəti PKK-nın, ASALA-nın mövqeyidən heç də fərqlənmir. Onun bu mövqeyi erməni terrorbaşı Qaregin Njde ləqəbli Qaregin Ter-Arutyunyanı tərif edən Paşinyanın mövqeyinə daha yaxındır” - V.Abdullayev bildirib.

O əlavə edib ki, Azərbaycan və Türkiyə türklərini qan bağlılığı, genetik kod birləşdirir: “Azərbaycan və Türkiyənin zəngin tarixində, minillər tarixi olan hər qayasının, hər daşının üzərinə qardaşların hopmuş qanı vardır.

Tarixə qızıl hərflərlə həkk olunmuş 15 sentyabr Azərbaycanın şərəf tarixidir, zəfər bayramıdır. Nuru Paşanın igid əsgərləri ötən əsrin əvvəllərində öz qardaşlıq borclarını necə şərəflə yetirə yetirmişdilərsə, Çanaqqalada şəhid minlərlə azərbaycanlı öz can borcunu ödəmişdir.

... Hər bir azərbaycanlı Türkiyədə və dünyada yaşayan bütün türkləri özünün qardaşı hesab edir, özünün qanı-canı bilir. Hər iki ölkə kədərini özünün kədəri, sevincini sevinci hesab edir. Prezident İlham Əliyevin çox dəqiq və möhtəşəm şəkildə ifadə etdiyi kimi “Türkiyənin uğuru Azərbaycanın uğurudur. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır”.

100 il əvvəl olduğu kimi bu gün də Azərbaycan və Türkiyə ordusu bir yerdədir, birgə təlimlər keçirlər, çiyin-çiyinə düşmənə qarşı mübarizliyini, əzmkarlığını nümayiş etdirir.

Türkün heç vaxt nankora, satqına ehtiyaca olmayıb, araz əlizadə kimilərinə də əsla kiminsə ehtiyacı yoxdur. Biz türklər öz milli mənsubluğumuzla fəxr edirik.

Tarixini bilməyən xalq, tərcümeyi-halını bilməyən insana bənzəyər. Zatını bilməyən oğuldan kişi çıxmaz. Hələ də öz milli mənsubiyyətini tapa bilməyən Araz Əlizadə neçə ildir ki, ortaya nifaq salmağa çalışan qardaşlarının mahnısını ifa etməyə çalışır. Ancaq böyük şairimiz Fikrət Sadığın dediyi kimi, “biri elə çalır, biri belə çalır, biri də elə - belə çalır”. Araz Əlizadə də beləsindəndir.

Gərək hər kəs bildiyi mövzudan danışsın, bu zavallılar başa düşmürlər ki, bilmədiyi şeydən danışanda üfunətləri ətrafı bürüyür”.

635x100

Şərhlər

Millikişi 2019-11-05 17:53:10

Vaqif müəllim salam. Siz çox doğru və dəqiq qiymət vermişiniz bu məxluqa. Amma çox sirli və müəmmalıdır. Heydər Əliyevi Azərbaycana buraxmamaq üçün yüz cür avantüradan çıxan, prezidentliyi isə, yumşaq desək, şaibəli Mütəllibov üçün niyə krallara layiq yaşam imkanları yaradıldı. Eləcə də məhz onun təkidi ilə Azərbaycan xalqına, dövlətçiliyinə nifrət edən avantürist A.Əlizadə, T.Kərimli kimi ...mənfur kimliklərini bilə-bilə onları deputat etməklə dövlətçiliyimizə xələl gətirməkdən başqa nə əldə edildi? Bu nə çürük siyasətdir? Al sənə, onlardan biri dövlət himnimizi lağa qoyur, digəri isə deyir ki, siz türkdilli deyilsiniz və deməli milliyyətiniz bəlli deyil. Hesab edirəm ki, onun ağzına bir sanballı DÖVLƏT qapazı vurulmasa bu zatıqırıq hələ çox qələtlər edəcək. Digər tərəfdən görünür o, «haqlıdır» bizdə azca milli qürur hissi olsaydı onun o mərtəbəyə qalxmasına və nifrət etdiyi Azərbaycan xalqı ilə birgə yaşamasına imkan verməzdik. Moderator, haq sözümü kəsmə!

gədəbəyli 2019-11-05 17:53:10

Ümumiyyətlə ağlıbaşında olan hər bir vətəndaşımız bu kövrək zamanda azəri türk söhbəti aparmaz. O ki qaldi Əlizadələrə bununla bağlı nə qədər ürəkbulandırıcı fikir isdəsən söyləmək olar. Amma mən bir mövqedə durmaq istərdim bir sualın cavabını axtarardım. Görəsən hec olmasa bunun nənəsi sada bilirmi ki Araz Əlizadə hansı millətdəndir?

ELGÜC ALLAHYAROVA 2019-11-05 17:53:10

ARAZ MÜASİR DÖVRÜN Q.MUSƏBƏYOVU,C.İLDIRIMI,H.SULTANOVUDUR.ONU MÜDAFİƏ EDƏNLƏR DƏ O TƏFƏKKÜRÜN DAŞIYICILARIDIR.ƏGƏR TÜRKLƏR 1918-Cİ İLDƏ AZƏRBAYCANI ERMƏNİ,RUS İŞÖALCI QULDUR DƏSTƏLƏRİNDƏN XİLAS ETMƏSƏYDİLƏR BU GÜN AZƏRBAYCAN ADINDA DÖVLƏTİN OLMASI SUAL ALTINDAYDI VƏ ARAZ KİMİLƏRİ ŞƏRƏFLİ TÜRK ADINA PALCIQ ATA BİLMƏZDİ.E.ALLAHYAROV AZƏRBAYCAN DİLİNDƏ YAZ VƏ ÖZ ADINDAN YAZ.MƏN ŞƏXSƏN TÜRK OĞLU TÜRKƏM.

düz danışan 2019-11-05 17:53:10

Əlizadələrin ən yaxşı cavabını Elçibəy mitinqlərin birin tutarlı vermişdi. Onların yerinə kim olsa idi abırından bayıra çıxmazdı. Düzü onda abır əgər varsa...

Şakir 2019-11-05 17:53:10

Elgüc Allahyarov zatını bilmeyenden kişi çıxmaz, ana dilini bilmeyenden ne kişi cıxar ne ....

Tahir 2019-11-05 17:53:10

Elgöc! Ты такой же несчастный, как Араз, без рода и породы. Таких, как ты надо переселить в коммунальную квартиру в Новосибирске, чтобы сидели там и отмечали праздник Великой Октябрской Революции 7 ноября.

Zakir 2019-11-05 17:53:10

Günah onda deyil onu ora yerləşdirəndədir.Hakimiyyəti müsavatçılara deyil ermənilərəmi verməliydi?

Elgüc Allahyarov 2019-11-05 17:53:10

Полностью согласен с Аразом Ализаде. Вагифу Абдуллаеву следовало бы изучить историю азербайджанского народа, состоявшегося за последнее столетие как отдельная нация. У нас, у азербайджанцев столько же общего с турками, как и с узбеками, татарами и другими тюркскими народами. Не более того. И не секрет, что у Нури паша были свои интерсы, когда на турецких штыках посадил в Баку "демократическое правительство" мусаватистов. И про "кишилик" говорить здесь неуместно.

miri 2019-11-05 17:53:10

"Zatini bilməyəndən kişi çıxmaz" deyimi yaxşıdır. Bu fikri zatı olub bir səhv edənə dedikdə düz yola çəkmək olur. Nə yazıq ki, zatı olmayana deyib, özünü yorasan.

Həsənbala 2019-11-05 17:53:10

Araz Kremlin göstərişilə deputat olub ağasının sifarişini erinə yetirir.Amma yaxşı olardı ki, əvvəlcə Elmlər Akademiyasının qocaman əməkdaşlarından öyrənsin ki..... Özünə hörmət edən xalq heç vaxt belə ... səs ve

AAgahuseyn 2019-11-05 17:53:10

VAQİF Müəllimə.HÖR.KECMİŞ MİLLƏT VƏKİLİ NURUYEVİN VƏ SİZİN araz barədə dedikləriniz tam yerindədir. Zatını bilməyən oğuldan kişi çıxmaz. Hələ də öz milli mənsubiyyətini tapa bilməyən Araz Əlizadə neçə ildir ki, ortaya nifaq salmağa çalışan qardaşlarının mahnısını ifa etməyə çalışır.YERİNDƏ DEYİLMİŞ SÖZƏ ĞÖRƏ SİZƏ MİNNƏTDARAM VAQİF MÜƏLLİM.

vidadi 2019-11-05 17:53:10

eiguc русскоязычная метаморфоза

Elxan 2019-11-05 17:53:10

Araks(Araz çayı Azərbaycanımızın qəhrəmanlıq simvollarından biridir)öz dayılarının sözün deyir,ona burda züy tutan o adam isə farsquludur.Əslində Araksın özü də farsquludur,həm də şimal qonşumuzun yalı ilə dolanır.Yəni təpədən dırnağa qədər Türk düşməni!Türkün əzəməti,Türkiyənin qüdrəti çoooox yalyeyənlərin həyatın cəhənnəmə döndərib.NE MUTLU TÜRKÜM DİYENE!!!

Cəlal 2019-11-05 17:53:10

Vaqif müəllim ,heyf ki...Sadəcə ad və soyad fikirləşib hansı yolla isə Azərbaycan pasportu alıblar.Ona görə Azərbaycan bu gündədir.Dediyimiz inkişaf əks mənada (tənəzzül) başa düşülür və nəticəsi insanların yaşam tərzi və güzəranıdır ( zatı qırrıqlardan başqa ).

Son yazılar