«Facebookdan təhlükəsiz istifadə qaydaları» nəşr edilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında elektron təhlükəsizlik mərkəzi «Facebookdan təhlükəsiz istifadə qaydaları» nəşr edib. Technimum bloqu bildirir ki, kitabçada bəhs olunan mövzular isə əsasən aşağıdakı istiqamətləri əhatə edir:

-Facebook sosial şəbəkəsindən istifadə zamanı riayət etməli olduğumuz təhlükəsizlik qaydaları

-Facebook hesabınızın təhlükəsizliyi üçün ən əhəmiyyətli addımlar (xəbərdarlıq mesajı və təhlükəsizlik kodu)

-Oğurlanmış Facebook hesabını geri qaytarmaq üçün görülməli tədbirlər

-Spam və virusların Facebook vasitəsilə yayılma yolları (Facebook tətbiqləri, fişinq hücumlar və s.) və onlara qarşı təhlükəsizliyin təmin olunması üsulları

-Saxta hesablar

-Facebook hesabı ilə bağlı əhəmiyyətli məlumatların əldə olunması.

ETM-dən bildirilib ki, kitabçanın elektron versiyası tezliklə ETM-in rəsmi internet resursunda yerləşdiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar