Müdafiə Nazirliyində bir istefa, bir yeni təyinat - Eldar Sabiroğlu da getdi

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məzuniyyətdən sonra vəzifəsinə qayıtmayacaq. Bunu Haqqin.az saytına hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Eldar Sabiroğlu istefa ilə bağlı raportu təqdim edib: “Amma ona üç ayrıq məzuniyyət verilib və 2014-cü ilin yanvarında xidmətə qayıtmalıdır. Bundan sonra istefaya göndəriləcək”.

Eldar Sabiroğlunun özü “Aznews.az” saytına açıqlamasında konkret heç nə deməyib: “Hazırda məzuniyyətdəyəm. Nazirlikdə baş verən kadr dəyişikliklərindən məlumatsızam”.

Müdafiə naziri Zakir Həsənov yeni təyinat edib. ANS PRESS-in məlumatına görə, bu barədə nazirin adına olan "Facebook" səhifəsində məlumat yayılıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində kursant taborunun komandiri polkovnik Ənvər Əfəndiyev Bərdə Hərbi Birləşməsinin qərargah rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Bəbir Həsənov vəzifəsindən azad edilmişdi. Müdafiə naziri Zakir Həsənovun əmri ilə bu vəzifəyə polkovnik Füzuli Salahov təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar