İlqar Məmmədov müxalifətin Dəyirmi Masasına qatılmadı - FOTO

Bu gün Müsavat Partiyasının qərargahında siyasi liderlərin iştirakı ilə Dəyirmi Masa keçirilib. Müsavat Partiyası başqanı Arif Hacılının təşəbbüsü ilə keçirilən tədbirdə Müsavat başqanı İsa Qəmbər,  AXCP sədri Əli Kərimli, sabiq səhiyyə naziri Əli İnsanov, AXP sədri Pənah Hüseyn, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edib.

Tədbirə adıçəkilən şəxslərlə yanaşı Milli Şuranın sədri Cəmil Həsənli və ReAL Partiyasının sədri İlqar Məmmədov dəvət olsalar da, onlar iştirak etməyiblər.

Qeyd edək ki, Cəmil Həsənli hazırda ABŞ-da olduğundan tədbirə qatıla bilməyib. Ancaq  ReAL Hərəkatının sədri İlqar Məmmədovun müxalifətin Dəyirmi Masasına qatılmamasının səbəbi məlum deyil.

Onu da qeyd edək ki, tədbirdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub, müxalifətin əməkdaşlığı ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

AzPolitika.info

 

 

 

635x100

Şərhlər

neftçi 2019-11-05 19:44:11

Dolça (boçka ) nə zamandan enerji ölçü vahidi olb? Buqədər savadsızlığı bu iqtidar yaradıb.

Cəfər 2019-11-05 19:44:11

Sındırılıb.Əqidəsini dəyişib.Görmürsünüz daha səsi eşidilmir.Yəqin vəzifə və ya seçki gözləyir.

veten dashi 2019-11-05 19:44:11

İseride turub cixan az adam siyasi eqidesini qoruyub saxlaya bilir.Bir de bize muxalif adi ile parlamentde otuzdurmağa kimselerse lazimdı. Partiyasına 5 yer vererler parlamentde bitib geder .

Son yazılar