Azərbaycan futbolunda biabırçılıq

Azərbaycan futbolunda biabırçı hadisə qeydə alınıb. Lent.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən məlumatına görə, I divizionun III turu çərçivəsində keçirilən “Mil-Muğan” – “Turan-T” oyununda “Turan-T” klubu protokolda etiraz edib.

Belə ki, “Mil-Muğan” komandasının futbolçusu Fərid İbrahimlinin əvəzinə klubun digər futbolçusu Məhərrəmov Orxanın oyunda iştirak etdib. Matçın hakiminin iştirakı ilə hər iki futbolçunun sənədləri yoxlanılıb.

Nəticədə saxtakarlıq aşkar olunub.

Futbol Federasiyasının İntizam Komitəsi “Mil-Muğan”a limiti pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət verib. Eləcə də, klub 1000 manat cərimə olunub. Matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalıb. Vurulan qollar isə ləğv edilib.

"Mil-Muğan"ın baş məşqçisi Mətləb Məmmədov saxtakarlıq etdiyinə görə, 1 il müddətinə futboldan kənarlaşdırılıb.

Onu da qeyd edək ki, “Turan-T” klubunun 2 futbolçusu - Taleh Qasımov və Rəşad Orucov hakimi təhqir etdiyinə görə 4 oyun cəza alıb. Klub isə 800 manat cəzalandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar