Yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edilib

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Bu barədə APA-ya Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda yeni radio kanalının yaradılması məsələsi haqqında müzakirələr aparılıb.

Ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşeron ərazisində 102,0 MHz tezliyinə 12 noyabrdan 12 dekabradək müsabiqə elan olunması barədə qərar qəbul edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar