Ermənilər Rusiya qarşısında ən çox bu məsələni qaldırır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının İrəvanda keçirilən toplantısında yenidən Rusiya və Belarusun Azərbaycana silah satışı məsələsi qaldırılıb.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatında işğalçı ölkənin parlament sədrinin müavini Alen Simonyanın bu məsələ ilə bağlı açıqlamaları dərc edilib.

A.Simonyan jurnalistlərin suallarına cavab verərkən deyib ki, KTMT-nin iclaslarında Ermənistan tərəfinin qaldırdığı əsas məsələ məhz Rusiya və Belarusun Azərbaycana silah satmasıdır. O, bildirib ki, Paşinyan da bu məsələni KTMT ölkələrinin başçılarının toplantılarında qaldırıb. Lakin məsələ hələ də həll edilməmiş qalır: “Bizə bildirirlər ki, silahı Rusiya satmasa, başqası satacaq. Ermənistan isə Rusiyadan həmin silahları güzəştli şərtlərlə alır. Şəxsən mənim üçün bu, cavab deyil. Yəni ki, sual qalır və biz onu həll etməyə çalışırıq.”

Bütün bunlarla yanaşı, Ermənistan parlamentinin vitse-spikeri minnət qoyaraq, hər şeyə rəğmən rəsmi İrəvanın KTMT-dən çıxmaq niyyətində olmadığını deyib.

Xatırladaq ki, KTMT-yə Ermənistanla yanaşı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar