Azərbaycanda bank aktivlərinin yarıdan çoxu bu banklardadır – 5 ən iri bank

Azərbaycan iqtisadiyyatının heç də ən ideal tərkib hissəsi sayılmayan bank sektorunda maliyyə resurslarının əsas qismi cəmi 5 bankın əlində cəmləşib. Cari ilin ilk 9 ayının nəticələrinə baxdıqda məlum olur ki, ölkəmizin bank sektorunun aktivlərinin 68 faizi cəmi 5 bankın ixtiyarındadır.

Belə ki, ölkəmizin bank sektorundakı aktivlərin ümumi həcmi 31.3 milyard manat təşkil edir. Bu məbləğin 21.2 milyard manatdan artığı cəmi 5 ən iri və aparıcı bankın əlində cəmləşib. Bunlar Beynəlxalq Bank, “PAŞA Bank”, “Kapital Bank”, “Xalq Bank” və “Bank Respublika”dır. Beynəlxalq Bank - 9 milyard 321 milyon 336 min manat, “PAŞA Bank” - 4 milyard 383 milyon 325 min manat, “Kapital Bank” - 4 milyard 007 milyon 548 min manat, “Xalq Bank” - 2 milyard 177 milyon 368 min manat, “Bank Respublika” isə 1 milyard 356 milyon 235 min manat aktivlərə malikdir.

Xatırladaq ki, ölkə başçısı son iqtisadi müşavirədə bank sektoru ilə bağlı narazılığını bildirmişdi. Və əksər iqtisadçı ekspertlər də bu sektorun idarə edilməsində islahatların vacibliyini qeyd edirlər.

Onu da qeyd edək ki, Azərbaycanda ümumilikdə 30 bank fəaliyyət göstərir.

İqtisadiyyat Şöbəsi

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar