Böyük Britaniya ilə Aİ arasında ticarət sazişi baş tutmaya bilər

Böyük Britaniya hökuməti “Brexit”dən sonra keçid mərhələsi başa çatanadək Avropa İttifaqı (Aİ) ilə ticarət sazişinin imzalanmaması ehtimalını nəzərə alır.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Lankaster hersoqluğunun kansleri (de-fakto xüsusi tapşırıqlar üzrə nazir) Maykl Qouv müsahibəsində bildirib.

Əlbəttə, biz hər bir ehtimala hazır olmalıyıq, amma keçid dövrü başa çatanadək Aİ ilə qarşılıqlı faydalı münasibətlər qura biləcəyimizə şübhə etmirəm”, - deyə britaniyalı rəsmi 2020-ci il başa çatanadək Aİ ilə gələcək əməkdaşlıq, ticarət qaydaları və tariflər barədə saziş imzalayıb-imzalamayacaqları barədə suala cavab verərkən bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar