NATO-nun Rusiyanı dayandırmaq gücü kəskin artacaq - İsveçli ekspert

İsveçin total müdafiə İnstitutunun eksperti, təhlükəsizlik siyasəti şöbəsinin rəhbəri Mayk Vinnerstiq bəyan edib ki, 2021-ci ilə NATO-nun Rusiyanı dayandırmaq qabiliyyəti kəskin artacaq.

Ekspert bunu Avropa ərazisində Amerika Birləşmiş Ştatlarının (ABŞ) F-35 tipli 50 təyyarəsinin yerləşdirilməsi ilə əlaqələndirir («SVT»). O zaman NATO-nun ABŞ-a və Avropa ölkələrinə məxsus F-35 təyyarələrinin ümumi sayı yüzlərlə artacaq.

«Təhlükəsizlik və geopolitikaya gəlincə, bu, aydın siqnaldır ki, Trampın administrasiyası Rusiya tərəfdən təhlükəni ciddi qəbul edir - Trampın özünün «Tvitter» ritorikasına baxmayaraq» - deyə, ekspert əlavə edib.

Məlumat üçün bildirək ki, F-35 qırıcıları nüvə silahı (B61 bombaları) ilə təchiz oluna bilirlər. Bu silahlar isə NATO-nun Belçikadakı, Almaniyadakı, İtaliyadakı və Türkiyədəki bazalarında var.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar