«TÜRKİYƏ ABŞ-dan İCAZƏ İSTƏMƏK NİYYƏTİNDƏ DEYİL» - Ərdoğan

«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin Rusiyadan qırıcı təyyarələr almazdan öncə Amerika Birləşmiş Ştatlarından (ABŞ) icazə istəmək niyyətində olmadığını bəyan edib.

O, xatırladıb ki, müdafiə məqsədilə silahların əldə olunması üçün Ankaranın qanuni hüququ var - istər Rusiyadan olsun, istərsə də digər ölkələrdən («Anadolu»). Ərdoğan qeyd edib ki, Türkiyə Rusiyadan "S-400" alarkən də heç kimdən icazə istəməyib.

Prezident bildirib ki, əgər ABŞ Türkiyəyə "F-35" qırıcıları satmaqdan imtina edərsə, Türkiyə müvafiq ölçülər götürəcək.

Bundan əvvəl KİV-i xəbər vermişdilər ki, Ankara Moskva ilə "Su-35" təyyarələrinin tədarükü barədə sazişi demək olar, imzalayıb. Ancaq Türkiyənin müdafiə naziri bu informasiyanı təkzib edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar