ABŞ ənənəvi olaraq, Suriya üzrə öhdəliklərinə əməl etmir - Ərdoğandan ittiham 

Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyə ilə bağladığı sazişə əməl etmir. Belə ki, Suriyanın şimalında yaradılacaq bufer zonadan kürd terrorçu qruplaşmalarının çıxarlmasını təmin etməyib. Bu barədə Turkiyə lideri Rəcəb Tayyip Ərdoğan bəyan edib.

Prezident ABŞ həbçilərini Supiyadakı kürd terrorçu dəstələrilə (YPG) ilə birgə patrül xidməti keçməkdə qınayıb.

Ərdoğan xatırladıb ki, ABŞ və kürd terrorçuları Türkiyə-Rusiya patrul xidmtindən kənar fəaliyyət göstərir.

«Təəssüf ki, ABŞ terrorçu qruplaşma ilə birgə patrul xidəti keçirir. Axı onlar bölgədən getməli idilər! ABŞ bunu necə izah edəcək? Bizim sazişdə belə şeylər yox idi…» - deyə, prezident bildirib.

Sonradan, ABŞ prezidenti Tramp bəyan edib ki, Amerikalı hərbçilər Suriyanın şimalında qalıb, ərazidəki neft yataqlarını qoruyacaqlar. İndi məlum olur ki, Tramp bu məsələdə əvvəlki kimi, kürd terrorçu qruplaşmalarına ümid bəsləyir - çünki hər iki tərəf neft uğrunda vuruşmağı qarşıya məqsəd qoyub.

O da məlumdur ki, bölgdəki neft-qaz ehtiyatları kürd terrorçuların bu ərazilərdə «muxtar» mövcudluğunun əsasını təşkil edir. Neft uğrunda savaşda isə ABŞ üçün terrorçu ilə «adi möhtəkir»in heç bir fərqi yoxdur.

Belədə, artıq şübhə yeri qalmır ki, ABŞ-ın «terrorçuluqla mübarizə» adı altında sərgilədiyi fəaliyyət yalnız deklorativ xarakter daşıyır. İŞİD-in meydana gəlməsi və ABŞ-ın onunla «mübarizəsi» belə deməyə yetərincə əsas verir…

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar