Azərbaycanda son 15 ildə 200 hakim barəsində intizam icraatına başlanılıb

Son 15 ildə 200 hakim barəsində intizam icraatı başlanılıb.

APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, məhkəmələrdə süründürməçilik və digər mənfi hallara qarşı hər zaman qəti tədbirlərin görülür. Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyət göstərdiyi 15 il ərzində 200 hakim barəsində intizam icraatının başlanıldığı, 130 hakimin qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla – fəaliyyətinin qeyri-məqbul qiymətləndirilməsinə, səlahiyyət müddətinin uzadılmamasına görə, habelə intizam qaydasında, o cümlədən korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb. Məlumat verilib ki, şəffaflığın və qərəzsizliyin, habelə qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmələrdə mütəmadi yoxlamalar və monitorinqlər aparılır. Qısa müddət ərzində 40-dan çox məhkəmədə monitorinqlər keçirilib, yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.

635x100

Şərhlər

Elli 2019-11-05 21:27:12

"malades"

müəllim 2019-11-05 21:27:12

Bu onun göstəricisi deyilmi ki, ədliyyə sistemi rüşvətxana,işçiləri isə savadsız və rüşvətlə qanunu asanlıqla tapdalayırlaryığınıdır... nazirdən bundan artıq nə gözləmək olar?

Son yazılar